"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Edinburgh" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Cəvahir Ələkbərli Avropa parlamentində təşkil edilən "Level Up!" adlı gənclər forumunda Azərbaycanı təmsil edib.
"Level Up!" adlı gənclər forumu, 12-13 aprel tarixlərində Brüssel şəhərində yerləşən Avropa parlamentində təşkil edilib. Tədbir çərçivəsində Proqramı iştirakçımız Avropanın müxtəlif ölkələrindən qatılan 1200 nəfər gənc liderlə bir araya gəlib.
Cəvahir Ələkbərli təcrübəli ekspertlər və eyni zamanda təşkilat nümayəndələri tərəfindən gənclər üçün ünsiyyət, ictimai vəkillik və təşkilatçılıq bacarıqlarının inkişafı ilə bağlı keçirilən interaktiv sessiyalarda iştirak edib.
Qeyd edək ki, tədbir Avropa Gənclər Forumu, Avropa Gənclər Tədbiri və Avropa Parlamentinin birgə təşkilatçılığı ilə həyata keçirilib.