Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri istehsalat təcrübəsinə başlayıblar.

 

İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, filialın fizika fakültəsinin III kurs tələbələri təcrübənin ilk günündə laboratoriya rəhbəri fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Qeyri-mümkün kristallar. Kvazikristallar nədir?” mövzusunda məruzəsini dinləyiblər. Məruzəçi, ilk olaraq mövzunun aktuallığından, kristalların yaranma tarixindən bərk cisimlərin xassələrindən danışıb. İ.Əmiraslanov kristalların strukturlarının öyrənilməsi, onların yaradılması üçün istifadə olunan texnologiyalar, amorf və kristallik strukturlar, onları fərqləndirən fiziki cəhətlər, kristal və amorf halından fərqli kvazikristal halı haqqında da ətraflı məlumat verib. Penrose torları, Monotile (Einstein) anlayışlarının kristalloqrafiya problemlərinin həllində əhəmiyyətini vurğulayıb.

         

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.