Şəhid ailələrinin üzvləri üçün 17-19 aprel tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. 
 
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
 
 
Bildirilib ki, müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.
 
Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.
 
Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaq. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.