Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün “Heydər Əliyev - Beynəlxalq Təhsil Qrant Proqramı”nı elan edir.

 

“Azərbaycan müəllimi” bildirir ki, bu ali təhsil təqaüdü Azərbaycan hökuməti tərəfindən hər il 5 il müddətinə təklif olunacaq.                                                                

 

Maraqlanan namizədlər ərizələrini 20 may 2024-cü il tarixindən gec olmayaraq,  yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarına (nazirliklər, səfirliklər və s.) təqdim etməlidirlər.               

 

Proqramın məqsədi xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsil almasına imkan yaratmaqdır. 

 

Qeyd edək ki, hər il 100 əcnəbi tələbə təqaüddən faydalana biləcək.

 

Ətraflı məlumat almaq üçün: https://shorturl.at/nsS19