“İstəyirik ki, Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın bütün məktəblərində belə hadisələr hər yerdə olur, olacaq”.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən görüşdə deyib. O qeyd edib ki, yaxşı təhsil sistemində hadisə olandan sonra verilən reaksiya önəmlidir: “Bu nöqteyi-nəzərdən düşüncəmiz odur ki, prosedur önəmlidir. İnsanların emosiyaları yox, hadisədən sonra atılan addım daha vacibdir”.

 

"Hadisə baş verdikdən sonra biz emosional gərginlik hiss edirik, amma bu gərginlik şagirdlərə hansı faydanı verir? İctimai qınaqla problemlərin həll olduğuna inanmıram”-deyə nazir vurğulayıb.