Sertifikatlaşdırmadan keçə bilməyən, təxminən 200-ə yaxın müəllim öz ərizəsi ilə işdən ayrılıb.
 
"Azərbaycan müəllimi "xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.
 
O bildirib ki, ötən il uğursuz olan müəllimlər isə bu il növbəti dəfə sertifikatlaşdırmaya cəlb ediləcək.