Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.
 
"Azərbaycan müəllimi"  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
 
O bildirib ki, sertifikatlaşdırma bu ilin iyun ayında keçiriləcək.
 
"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - deyə Eşqi Bağırov qeyd edib.