"Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 39 müdir təyinatı olub".
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.
 
 
O bildirib ki, həmçinin 282 tərbiyəçi-müəllim işə qəbul olunub.
 
"Cari ildə 17 min tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək"-deyə direktor vurğulayıb.