Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
 
O bildirib ki, monitorinqlər çərçivəsində 40-a yaxın müdir işdən çıxarılıb:
 
"Eyni zamanda 200-ə yaxın məktəbəqədər təhsil müəssisəsinin müdirinə töhmət verilib və xəbərdarlıq edilib".