Aprelin 21-də Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti  buraxılış imtahanı keçiriləcək.

 

“Azərbaycan müəllimi” DİM -ə istinadən xəbər verir ki,  imtahanda 46169 şagirdin iştirakı nəzərdə tutulub.

 

İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.