Xəbər verdiyimiz kimi bu gün "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.
 
“Azərbaycan müəllimi” müsabiqə ilə bağlı statistik məlumatları təqdim edir: 
 
Müsabiqəyə şagirdlər tərəfindən, ümumilikdə 652 layihə təqdim olunub. Bu layihələrin 113-ü final mərhələsinə vəsiqə qazanıb.  
 
Final mərhələsinə keçən 113 layihədən 87-si şagirdlər tərəfindən kollektiv, 26-sı isə fərdi qaydada təqdim olunub. Ümumilikdə 1068 nəfər müraciətçidən 200 nəfəri finalda iştirak hüququ qazanıb.
Müraciətlər fərqli sahələrdə aparılıb:
 
- Riyaziyyat sahəsində 84 layihə təqdim olunub, bunlardan 12 layihə finala keçib. Finalçı şagirdlərin sayı isə 19-dur.
- Fizika və astronomiya sahəsində 85 layihə təqdim edilib, bunlardan 15-i finala yüksəlib. Finalçı şagirdlərin sayı isə 30-dur.
- Kimya sahəsində 52 layihə təqdim olunub, bunlardan 11-i finala çıxaraq vəsiqə qazanıb. Şagird sayı isə 20-dir.
- Biologiya sahəsində 49 layihə təqdim edilib, bunlardan 8-i finala yüksəlib. Finalçı şagirdlərin sayı isə 15-dir.
- Tibb və sağlamlıq sahəsində 52 layihə təqdim olunub, bunlardan 11-i finala yüksəlib. Finalçı şagirdlərin sayı isə 17-dir.
- Kompüter elmləri sahəsində 98 layihə təqdim edilib, bunlardan 14-i finala vəsiqə qazanıb. Finalçı şagirdlərin sayı  26-dır.
- Ekologiya və ətraf mühitin idarə olunması sahəsində 116 layihə təqdim olunub, bunlardan 17-si finala yüksəlib. Finalçı şagirdlərin sayı  27-dir.
- Mühəndislik sahəsində 116 layihə təqdim edilib, bunlardan 25-i finala vəsiqə qazanıb. Finalçı şagirdlərin sayı isə 46-dır.
 
Finalda iştirak edən şagirdlərin cins kateqoriyası üzrə bölgüsü aşağıdakı kimidir:
 
- 82 qız (41%);
- 118 oğlan (59%).
 
Ekologiya və ətraf mühitin idarə olunması sahəsində qızların sayı, mühəndislik sahəsində isə oğlanların sayı nisbətən daha çoxdur.
 
Finala keçən müraciətçilərin məktəb və siniflər üzrə bölgüsünə gəlincə:
 
  - Ümumilikdə 94 məktəbdən 48-i Bakıda, 46-sı isə bölgələrdə yerləşən kənd məktəbidir.
 
Siniflər üzrə bölgü isə belədir:
 
  - IX sinifdən 211 şagird müraciət edib, bunlardan 49-u finala yüksəlib.
  - X sinifdən 250 şagird müraciət edib, bunlardan 75-i finala vəsiqə qazanıb.
  - XI sinifdən 186 şagird müraciət edib, bunlardan 76-sı finala yüksəlib.
 
Məlumat üçün bildirək ki, 8 istiqamət üzrə 6 seçilmiş layihə, ümumilikdə isə 48 layihə finalda qalib gəlmə şansı əldə edəcək.
 
 
Vaqif FƏTULLAYEV