"Sabahın alimləri" Respublika Müsabiqəsi getdikcə hərəkata çevrilir və daha geniş kütləni əhatə etməyə başlayır.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva Bakı Ali Neft Məktəbində təşkil olunan “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılışında öz çıxışı zamanı qeyd edib.
 
 
O bildirib ki, ildən-ilə daha maraqlı layihələrin təqdimatının şahidi oluruq.
 
 
"Böyük yaşda uşaqları qiymətləndirmək çətindir, amma kiçik yaşda uşaqları qiymətləndirmək daha çətindir. Mən sizə bu çətin missiyanızda uğurlar diləyirəm. Şagirdlərimizdə özünəgüvənin daha çox olmasını arzulayıram. Ölkəmizin apardığı siyasət sayəsində xüsusən də 2020-ci ildən sonra insanlarda özünəgüvən daha da artıb. Özünəgüvən inkişafda, uğur qazanmaqda önəmli amildir".