"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
 
 
O bildirib ki, layihəyə 200 iştirakçı qatılıb.
 
 
"Onlardan 41 faizi qızlar, 59 faizi isə oğlanlardır. Müsabiqəyə ümumilikdə 113 layihə təqdim olunacaq. Bunlardan 49-u bölgələrdən, 64-ü isə paytaxt məktəblərindən daxil olan layihələrdir. Sevindirici haldır ki, bu dəfə 8 layihə də kənd məktəblərindən təqdim ediləcək".
 
 
Fuad Qarayev qeyd edib ki, yekunda 8 nominasiyanın hər biri üzrə 6 layihə, ümumilikdə 48 layihə mükafatlandırılacaq.