Martın 17-də keçirilmiş IX siniflər üzrə buraxılış imtahanının nəticələri bu həftə ərzində elan olunacaq. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi özünün sosial media hesabında məlumat verib. 
 
Qeyd edək ki, Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında Dövlət İmtahan Mərkəzi  ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İmtahanda 46741 şagird iştirak  edib.