Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) 2024-cü ilin aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəldən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb.

 

UNEC-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC iqtisadiyyat və ekonometrika sahəsi üzrə Böyük Britaniyanın Aston, Türkiyənin Sabançı, Çinin Shanghai, İsveçrənin Basel universitetləri, həmçinin Qatar Universiteti, ABŞ-nin Aeva (İowa), Kentaki (Kentucky), Cənubi Karolina, Florida Dövlət, Georgia Dövlət, Syracuse universitetləri ilə eyni qrupa daxil olub.

 

Eləcə də, UNEC həmin reytinqdə ABŞ-nin Louisiana Dövlət, Kaliforniya Riverside, Vaşinqton Dövlət, Böyük Britaniyanın Leicester (401-450),  Türkiyənin İstanbul (451-500), Hacettepe,  ABŞ-nin Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən  (501-550) önə çıxıb.