2016-cı ilin sentyabrında yaradılan Fransız - Azərbaycan Universiteti (UFAZ) öz uğurlu nəticələri ilə diqqəti cəlb etməkdədir. ADNSU-nun nəzdində fəaliyyət göstərən və tədris-mühazirə proqramları əsasən Fransanın Strasburq Universitetinə aid olan ali məktəbdə təhsil alan azərbaycanlı tələbələrin son tədris ilində uğurları xüsusilə fərqlənib.
UFAZ-m icraçı direktoru Vazeh Əsgərovun sözlərinə görə, ADNSU-nun rektoru, professor Mustafa Babanlının təşəbbüsü ilə Strasburq Universitetinin birinci kursunda oxuyan tələbələrlə UFAZ-m birinci kursunda oxuyan tələbələrin həm səviyyəsi, həm də tədris ilinin sonunda sərgilədikləri nəticələrin müqayisəli təhlili aparılıb: “Çox maraqlı nəticə ortaya çıxdı. UF AZ tələbələrinin imtahan nəticələrinin Strasburq Universitetinin tələbələrinin nəticələrindən daha yüksək olduğu müəyyənləşdi. Fransada qiymət 20 ballıq şkala üzrə aparılır və bizim tələbələr arasında 18-19, hətta 20 bal alanlar var idi”. Onun sözlərinə görə, təhlillər gedişində tələbələrimizin orta müvəffəqiyyət göstəricisinin və keçid ballarının Strasburq Universitetinin eyni ixtisasları üzrə oxuyan tələbələrinkindən qat-qat yüksək olması faktı ortaya çıxıb. “Bu nəticələr bizi, əlbəttə ki, çox sevindirdi. Digər tərəfdən, məsuliyyətimizi bir daha artırdı”.