Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) SABAH qruplarında magistratura səviyyəsi üçün “Pedaqogika” ixtisasının “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə mövcud təhsil proqramının təkmilləşdirilməsi məqsədilə ekspert komissiyası öz işinə başlayıb.
ADPU-dan ”Azərbaycan müəllimi”nə bildirilib ki, komissiyanın iclasında tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılması mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, Türkiyənin Hacettepe Universitetinin professoru Selahaddin Gelbal ekspert komissiyasına məsləhətçi olaraq dəvət olunub.
Həmçinin, SABAH qruplarının təşkilatçılığı ilə Hacettepe Universitetinin professoru Selahaddin Gelbal Pedaqoji Universitetdə ADPU, ADA, ADMİU və Xəzər Universitetinin müvafiq ixtisaslarında təhsil alan 80 nəfərdən çox magistrantı üçün “Təhsildə ölçmə, qiymətləndirmə və elmi tədqiqatda data analizi” mövzusunda modul dərsin tədrisinə başlayıb.