Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinqlər Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və Quba Dövlət Sosial-İqtisadi Kollecində keçirilib.

 

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, monitorinq zamanı kollecin infrastrukturuna, maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib.

 

Həmçinin kollecin müəllimləri və tələbələri ilə görüş olub, onların problemləri və təklifləri dinlənilib.