Aprelin 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 24 057 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 16 447-si çağrı mərkəzləri, 584-ü sosial media, 2 779-u "WhatsApp" vasitəsilə, 868-i elektron, 856-sı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 2 523 müraciət qeydə alınıb.
Müraciətlər doktoranturaya qəbul qaydaları, əlavə təhsil, tələbələrin köçürülməsi, müəllimlərin yerdəyişməsi, lisey və gimnaziyalara qəbul prosesi, məktəbəhazırlıq qruplarına qeydiyyat, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.