Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Riyazi iqtisadiyyat kafedrasının müdiri professor Elşar Orucov və kafedranın dosenti Leyla Məmmədovanın “Rusiyaya qarşı artan sanksiyalar fonunda AZN/RUB və USD/RUB məzənnələri arasında uzunmüddətli əlaqəni qiymətləndirmək” (“К оценке долгосрочной взаимосвязи курсов AZN/RUB и USD/RUB на фоне усиливающихся санкций против России”) adlı məqaləsi “Проблемы прогнозирования”, məqalənin ingilis versiyası isə (“On the Assessment of the Long-Term Relationship between the AZN/RUB and USD/RUB Rates against the Backdrop of Increasing Sanctions against Russia”) SCOPUS bazasında indekslənən “Studies on Russian Economic Development” jurnalında dərc edilib.

 

https://ecfor.ru/publication/vzaimosvyaz-kursov-valyut-rossii-i-azerbajdzhana-na-fone-sanktsij/

https://link.springer.com/article/10.1134/S1075700724020114

BDU-dan “Azərbaycan müəllimi” nə bildirilib ki, məqalədə ilk dəfə olaraq yeni yanaşmalarla qeyd olunan valyuta kurslarının koineqrasiya əlaqəsi çoxsaylı struktur dəyişmələri nəzərə alınmaqla tədqiq edilib. İşdə alınan nəticələr qeyri-stabil dolaşıq vəziyyətlərdə effektiv pul-kredit siyasətinin həyata keçirilməsi, proqnozlaşdırma və valyuta ehtiyatlarının tükənməsinin qarşısının alınması üçün elmi əsaslar verir.