Aprelin 17-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq.
Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilk olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək.
İlkin vakansiya seçimi 19 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat bildiriləcək.