Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb


Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilən IV Respublika fənn müsabiqəsinin rayon (şəhər) mərhələsində 15232, final mərhələsində isə 1363 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 169 nəfər qalib elan olunub. Onlardan 30 nəfər qızıl, 56 nəfər gümüş, 83 nəfər isə bürünc medal qazanıb.

 

Dünən Bakı şəhəri Arif Hüseynzadə adma 20 nömrəli məktəb-liseydə onların mükafatlandırılması mərasimi keçirilib.

 

Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev tədbirdə çıxış edərək fənn müsabiqəsinin keçirilməsinin məqsədlərindən danışıb: “İstedadlı uşaqları aşkar etmək, onlann potensiallarını inkişaf etdirmək, fənlərin öyrənilməsində həmin şagirdlərə şərait yaratmaq əsas məqsədimizdir. Hesab edirik ki, bu müsabiqələr şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasında əvəzsiz rola malikdir. Bu yolla biz istedadlı şagirdlərimizi müəyyən edir, təhsil nazirinin müvafiq əmrinə əsasən yaradılan beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb edirik”.

 

F.Qarayev 4 il ərzində bu istiqamətdə gedən inkişaf prosesinin sürətinə diqqət çəkib:

“4 il əvvəl 35 məktəbdən 300 şagird ilə başlanan fənn müsabiqələri artıq ölkəmizin bütün coğrafiyasını əhatə edir və 15 mindən artıq şagirdin iştirakı ilə keçirilir. Fənn müsabiqəsi qaliblərinin beynəlxalq olimpiada mərkəzlərində hazırlıq prosesi 4 ildir ki, davam edir. Bu gün 250-dən artıq şagird müxtəlif yaş qrupları üzrə həmin mərkəzlərdə xüsusi proqramlar çərçivəsində məşğələlərdə iştirak edirlər”.

 

Olimpiadalara hazırlıq mərkəzlərində keyfiyyətli təhsili təmin etmək məqsədi ilə bir çox ali təhsil müəssisələri, özəl sektorla əməkdaşlıqdan danışan F.Qarayevin sözlərinə görə, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, AMEA-nm ayrı-ayrı institutları ilə maraqlı layihələr həyata keçirir, milli və əcnəbi mütəxəssisləri mərkəzlərə dəvət edir, bununla da şagirdlərin onlardan faydalanmasım təmin etməyə çalışırlar.

 

15 min şagirdin 52 faizi qızlardır

 

F.Qarayev hazırlıq mərkəzlərində həyata keçirilən işin nəticəsinin çox uğurlu olduğunu, hazırlıq keçən şagirdlərin beynəlxalq bilik yarışlarından əliboş qayıtmadığını deyib: “IV Respublika fənn müsabiqəsi qalibləri ötən il qatıldıqları beynəlxalq olimpiadalarda ölkəmizi layiqli şəkildə təmsil ediblər. Belə ki, yeniyetmələrin Balkan riyaziyyat olimpiadasında riyaziyyat fənni üzrə, İnformatika fənni üzrə yeniyetmələrin Avropa olimpiadasında, həmçinin fizika, kimya, biologiya fənləri üzrə keçirilən olimpiadalarda şagirdlərimiz uğurla çıxış edərək Azərbaycana kifayət qədər medal gətiriblər”.

 

F.Qarayev bilik yarışlarında qızların fərqləndiyini xüsusilə qeyd edib: “Sevindirici haldır ki, olimpiadalara qatılan 15 min şagirddən 52 faizi qızlardır. Fənn müsabiqələrində tətbiq edilən fizika, riyaziyyat, kimya, biologiya və informatika kimi dəqiq fənlərə qız şagirdlərimizin həvəs göstərməsi və qazandıqları nailiyyətlər bizim üçün qürurvericidir”.

 

Azərbaycanda təhsilin inkişafı regionlarda da geri qalmır. F.Qarayev 169 qalib arasında 72 məktəblinin bölgə məktəblərini təmsil etdiyini vurğulayaraq, bunu bölgələrdə təhsilin inkişafının göstəricisi kimi dəyərləndirib.

 

Xüsusi istedadlarla işin təşkili dövlət siyasətinin əsas istiqamətlərindən biridir

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki, son illər ölkəmizin təhsil sisteminin yenidən qurulması və qabaqcıl ölkələrin təhsil sisteminə inteqrasiyası üçün çox böyük imkanlar yaranıb. Onun fikrincə, bu istiqamətdə nəzərəçarpan fəaliyyətlərdən biri xüsusi istedadlarla işin təşkilidir. M.Vəliyevanm sözlərinə görə, son illərdə təhsil sahəsində həyata keçirilən tədbirlər arasında bu istiqamət artıq dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirilə bilər: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, istedadlı uşaq və gənclərin inkişafı və onlarla işin daha da təkmilləşdirilməsi, istedadların ümumi potensialının, akademik imkanlarının vaxtında ölçülüb qiymətləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində təhsil sistemi qarşısında yeni tələblər qoyulub. Tələblər arasında ən başlıcası isə istedadlı uşaqlar üçün keçirilən müsabiqə və yarışlar, bu yarışların məzmunca daha da təkmilləşdirilməsidir”.

 

Son 5 ildə təhsil sahəsində qazanılan uğurlar arasında məhz istedadlı uşaqların istər ümumrespublika miqyasında keçirilən fənn olimpiadalarında, istər beynəlxalq olimpiadalarda qazandıqları uğurları vurğulayan nazir müavini bu uğurların məntiqi nəticəsi kimi, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə toxunub. Respublika fənn olimpiadaları qaliblərinin bu təhsil ilindən başlayaraq, ölkə ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə, beynəlxalq olimpiada qaliblərinin isə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbulunun mümkün olacağını deyib. Bunu fənn müsabiqələri qaliblərinin öz nəticələrini qatıldıqları başqa bilik yarışlarında da təsdiq etməsi və olimpiada qaliblərinin ədalətli seçimin nəticəsi olduğunu bildirib.

 

17 rayonda 60 xüsusi istedad sinfi

 

M.Vəliyeva qeyd edib ki, istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb. Artıq ölkənin 17 rayonunda 60 xüsusi istedad sinfi yaradılıb.

 

Tədbirdə fənn olimpiadaları qalibləri olan və artıq məzun olaraq Azərbaycanın və dünyanın ayn-ayrı universitetlərində təhsil alan tələbələrdən də iştirak edənlər olub. Həmin tələbələrdən biri Cavid Əhmədov Kanadanın ən böyük və ən nüfuzlu universitetində təhsil alır. Alberta Universitetinin tələbəsi olan Cavid Əhmədov bu arzusunu Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində reallaşdırıb:

“8 il əvvəl mən də olimpiadalara hazırlaşmağa başladım. Əvvəlcə respublika əhəmiyyətli bilik yarışlarında, daha sonra beynəlxalq bilik yarışlarında uğur qazandım. Olimpiadalara hazırlıq mərkəzlərində əldə etdiyim bilik və bacarıqlar mənə sadəcə olimpiadalarda deyil, ali məktəbə daxil olarkən, hətta universitetdə oxuyarkən də işimə yarayır. Artıq Alberta Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alıram və qazandığım uğurlara görə daha çox olimpiadalara hazırlıq mərkəzlərinə borcluyam”.

 

Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 13 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub.

 

Ruhiyyə Daşsalahlı