Bakı Dövlət Universiteti (BDU) 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edib.

 

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki,  Fəlsəfə doktoru proqramı üzrə 101 ixtisasa əyani təhsil forması ilə 53, qiyabi təhsil forması ilə 81, dissertanturaya 39 ixtisas üzrə 39 yer ayrılıb. Elmlər doktoru proqramı üzrə 20 ixtisasa əyani təhsil forması ilə 2, qiyabi təhsil forması ilə 19, dissertantura yolu ilə 12 yer ayrılıb.

 

Fəlsəfə doktoru proqramı üzrə “Əmək hüququ, sosial təminat hüququ” ixtisasından Naxçıvan Dövlət Universiteti üçün 1, “Beynəlxalq münasibətlər” ixtisasından Bakı Mühəndislik Universiteti üçün 1, Elmlər doktoru proqramı üzrə “Jurnalistika” ixtisasından Naxçıvan Dövlət Universiteti üçün 1 məqsədli yer nəzərdə tutulub.

 

Bu il BDU-nun doktoranturasında 11 yeni ixtisas açılıb. Bunlar “Əməliyyatlar tədqiqi”, “Ehtimal nəzəriyyəsi”, “Topologiya”, “Neft kimyası”, “Petrologiya, vulkonologiya”, “Xəritəşünaslıq, geoinformatika”, “Aqrokimya”, “Materiallar texnologiyası”, “Türk xalqları ədəbiyyatı”, “Dinin tarixi və fəlsəfəsi”, “Korreksiya pedaqogikası” ixtisaslarıdır.

 

İddiaçılar sənədlərin yerləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinin saytından doktoranturaya elektron sənəd qəbulu üzrə portala daxil ola bilərlər:

 

https://edu.gov.az/az/announcements/20959-1

Sənəd qəbulu prosesi 2024-cü il mayın 15-i saat 18:00-da başa çatacaq.

 

Əlavə məlumat üçün http://md.bsu.edu.az/az/announcementall səhifəsinə daxil olmaq mümkündür.