Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələri Nigar Rəhimli və Nihad Musayev Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Maarifçi” təcrübə-təqaüd proqramının qalibi olublar.
BDU-dan "Azərbaycan müəllimi" nə bildirilib ki, proqrama 2000 müraciətçi arasından 28 qalib tələbə seçilib. Müsabiqə sənədlərin yoxlanması, test və müsahibə olmaqla 3 mərhələdə keçirilib. Qaliblər Elm və Təhsil Nazirliyində və onun qurumlarında təcrübə keçmək, aylıq təqaüd almaq şansı qazanıblar.