Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “Quacquarelli Symonds” (QS) təşkilatı fənn proqramları üzrə ən yaxşı universitetlərin reytinqini açıqlayıb.

 

Azərbaycan sözügedən reytinqdə 2 universitetlə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 301-340 universitetinin siyahısına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” proqramı üzrə ən yaxşı 351-400, “İctimai elmlər və menecment” proqramı üzrə isə ən yaxşı 501-550 universitetin siyahısına daxil olub.

 

Qeyd edək ki, sözügedən reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas indikator – akademik nüfuz, işəgötürənlər arasında nüfuz, istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi nəzərə alınır.