Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni uğura imza atıb.

 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, UNEC "İqtisadiyyat, Ekonometrika" üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.


Bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.