Bakı Ali Neft Məktəbinin (BANM) “Biznesin idarəedilməsi” ixtisasının III kurs tələbələri Əflan Bədəlov, İlahə Hacıyeva, “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Gültac Seyid və “Neft-qaz mühəndisliyi” ixtisasının V kurs tələbəsi Nicat Səfərəliyevdən ibarət komanda ölkənin ən prestijli biznes müsabiqələrindən olan “Azerbaijan Business Case Competition 2024”də qalib olub.

 

BANM-dan bildirilib ki, komanda II yeri qazanaraq 4000 manat məbləğində pul mükafatına layiq görülüb.