Elm və Təhsil Nazirliyinin  Dövlət Proqramı İdarəetmə Qrupu Təcrübə Proqramı elan edib. Bununla bağlı tələbə və məzunlara müraciət olunub. 
 
Dövlət Proqramı İdarəetmə Qrupundan “Azərbaycan müəllimi”nə bildirilib ki, məqsəd karyera qurmaq arzusunda olan tələbələrə qurumun müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. 
 
Tələbə və məzunlar təcrübə müddətində komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq müxtəlif layihələrdə iştirak edəcəklər.   
 
Qeyd olunub ki, iş qrafiki sərbəstdir. 3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda iştirakçılara tövsiyə məktubu təqdim olunacaq.   
 
Namizədlər CV-lərini “Könüllü” başlığı ilə Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. 
 
Son müraciət tarixi 10 aprel, 2024-cü ildir.