Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib.
Agentlikdən bildirilib ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq zamanı tədris sənədlərinə baxış olub, müvafiq təhlillər aparılıb.
Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.