Elm və Təhsil Nazirliyinin tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin  bu il buraxılış imtahanı verən 16 şagirdi riyaziyyat fənni üzrə maksimum nəticə (100 bal) göstərib.

 

Həmin şagirdlərin siyahısını təqdim edirik:

 

  • Alıyeva Nuray Nazir qızı
  • Həsənova Şəbnəm Rövşən qızı
  • Tağızadə Yusif Vüqar oğlu
  • Qurbanov Məhəmməd Habil oğlu
  • İsrafilov Murad Elçin oğlu
  • İmaməliyeva Fidan Ənvər qızı
  • Həsənova Zeynəb Etibar qızı
  • Müslümov Ülvi Əliyeviç
  • Həsənov Elcan Elçin oğlu
  • Məmmədli Məhəmməd Zaur oğlu
  • Vəliyev Ayxan Murad oğlu
  • Səmədova Ayşən Ramil qızı
  • Həsənov Ayxan Elxan oğlu
  • Abdullayev Elcan Rabil oğlu
  • Qurbanlı Emil Bəhmən oğlu
  • Hüseynov Məhəmməd Ziyəddin oğlu

 

Bu şagirdlərdən 13 nəfəri maksimal nəticəni əlavə hazırlığa getmədən toplayıb.

 

Eyni zamanda, Tağızadə Yusif Vüqar oğlu və Qurbanov Məhəmməd Habil oğlu ingilis dili fənni üzrə də buraxılış imtahanında maksimum nəticə (100 bal) göstərib.

 

Məlumat üçün bildirək ki, şagirdlərdən Alıyeva Nuray Nadir qızı Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə iki dəfə qızıl medal, İmaməliyeva Fidan Ənvər qızı isə kimya fənni üzrə iki dəfə gümüş medal qazanıb.

 

Ümumilikdə, sözügedən liseyin bu il buraxılış imtahanı verən 52 nəfər  XI sinif şagirdindən 35-i 250-dən çox bal toplayıb.