Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə  ADA  Universitetinin  5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Hafiz Paşayevə təqdim edib.

 

Təqdimat mərasimində çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi olduğunu bildirib.

 

T.Əhmədov  akkreditasiya prosesini uğurla başa vurduğuna görə  ADA  Universitetini təbrik edib. Görüşdə  ADA  Universitetinin müəyyən olunmuş qiymətləndirmə üzrə maksimal nəticə göstərməklə akkreditasiyadan uğurla keçməsi və bunun universitet üçün əhəmiyyəti müzakirə edilib.

 

Universitetin rektoru H.Paşayev akkreditasiya prosesi nəticəsində verilən tövsiyələrin universitet üçün faydasını vurğulayıb. Görüşün sonunda T.Əhmədov akkreditasiya şəhadətnaməsini rektor H.Paşayevə təqdim edib.