Buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticə göstərən Amalya Əliyeva və Fatimə Qasımova Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaq arzusundadır.

 

Amaliya Şəki şəhər, Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin, Fatimə isə Bakı şəhər, 146 saylı orta məktəbin şagirdidir. Amalya Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi”, Fatimə isə “Kimya mühəndisliyi” ixtisasında təhsil almaq istəyir.