Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəqəmsal iqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq NASA (National Aeronautics and Space Administration) təşkilatının əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib.
Universitetdən bildirilib ki, UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd - Hall of fame” siyahısına daxil edilib.
K.Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığı bilik və bacarıqlar sayəsində kibertəhlikəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişərək, ilk uğuruna imza atmış olub.