Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi mütəmadi olaraq orta ixtisas təhsili müəssisələrində monitorinqlər həyata keçirir. Daha bir monitorinq martın 5-də Ağdaş Dövlət Humanitar Kollecində keçirilib.  
 
 
Agentlikdən bildirilib ki, monitorinq zamanı kollecdə müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış olub. Aşkarlanan nöqsanlar nəticəsində agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.