Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibə keçirilir.
Belə ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2,99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edir.
Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılır. Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınır.
Qeyd edək ki, təkrar müsahibədə uğur qazanan namizədlər müvafiq vakant yerlərə təyin olunacaq və ya kadr ehtiyat siyahısına daxil ediləcəklər.