Təhsilin İnkişafı Fondunun Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra etdiyi "IELTS imtahanına təşviq" layihəsi çərçivəsində artıq 300 nəfər imtahanda uğurlu nəticə əldə edib. 
 
 
İmtahan iştirakçılarının gender statistikasında kişi və qadınların sayı bərabərlik təşkil edib.  İştirakçı kateqoriyasında 273 tələbə, 27 nəfər elmi-pedaqoji heyət üzvü var. Bu layihədə uğur qazananların təhsil pilləsinə gəldikdə, üstünlük bakalavr təhsili alanlarda olub- 241 nəfər.   
 
 
Qeyd edək ki, layihədə iştirak edən akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.