Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması istiqamətində vacib məqamı diqqətə çatdırıb. Bildirilib ki, daxili akkreditasiyası olmayan ali təhsil müəssisələrindən əldə edilən kvalifikasiyaların tanınması həyata keçirilmir.
Bu, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”.