Konqo Respublikasının Milli Neft Korporasiyasının prezidenti Raul Ominganın rəhbərlik etdiyi nümayəndə heyəti  Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

 Öncə Ali Məktəbin kampusunu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor Elmar Qasımov qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 29-u Bakı Ali Neft Məktəbinin tələbəsidir.

 

Görüşdə konqolu tələbələrin BANM-də təhsil almaları müzakirə olunub. Rektor  BANM mütəxəssislərinin  Konqo Respublikasının Milli Neft Korporasiyasının əməkdaşlarına onlayn formatda təlimlər keçməsini təklif edib.

 

Milli Neft Korporasiyasının prezidenti Raul Ominga BANM-də yaradılan şəraiti və qazanılan uğurları yüksək qiymətləndirib.