Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşüb.

 

Rektor Anar Nağıyev qonağı salamlayaraq, onu BSU-da görməkdən məmnunluğunu ifadə edib. BSU-nun tarixi, universitetdə tədris və tədqiqatların vəziyyəti barədə  ətraflı məlumat verən rektor universitetdə  türk dilinin tədqiqinin mühüm yer tutduğunu qeyd edərək bu ali təhsil müəssisəsində Türk araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin və Türkologiya kafedrasının fəaliyyət göstərdiyini bildirib.

 

Türk Dil Qurumunun rəhbəri professor Osman Mert səmimi qəbula görə təşəkkür edib, qurumun tarixindən, fəaliyyət istiqamətlərindən söz açıb. Qonaq  Türk Dil Qurumu ilə BSU arasında əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını deyib.

 

Görüşdə mümkün əməkdaşlıq imkanları, elmi nəşrlərin mübadiləsi, tədqiqat layihələrinin, o cümlədən birgə konfransların həyata keçirilməsi məsələləri müzakirə olunub.