Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov,  beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, filologiya fakültəsinin dekanı Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Beynəlxalq layihələr və qrantlar şöbəsinin mütəxəssisi Ülkər Abdullayeva, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Dərya Örs, Türk Tarix Qurumunun rəhbəri professor Yüksəl Özgən, Türk Dil Qurumunun rəhbəri professor Osman Mərd, Türkiyə Elmlər Akademiyasının rəhbəri professor Müzəffər Şəkər və Türkiyənin Bakıdakı mədəniyyət atteşesi professor Mühiddin Məcid iştirak ediblər.

 

Görüşdə tərəflər təmsil etdikləri müəssisələr və gördükləri işlər barədə ətraflı məlumat verərək mümkün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Sonda qonaqlar ADPU-nun əsas tədris binası ilə tanış olublar.