Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir.


Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək. 


Namizədlərə verilən tələblər:
1. Ali təhsil;
2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə;
3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək); 
4. İKT-dən istifadə bacarığı;
5. Komandada işləmək və əməkdaşlıq bacarığı;
6. Qiymətləndirmə və rəy yazmaq bacarığı.


Müraciət üçün son tarix: 29 mart 2024-cü il


Tələblərə cavab verən şəxslər müraciətlərini buradan göndərə bilərlər. Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq.