Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə şənlik təşkil edilib.
Universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan Pakistan, Filippin, Fələstin, Rusiya, Nigeriya, Şri-Lanka və başqa ölkələrin vətəndaşları olan tələbələrə qədim köklərə malik olan bayramın tarixi, adət-ənənələri, atributları, həmçinin Novruz süfrəsinin əsas komponentləri haqda məlumat verilib.
Azərbaycanın milli adət-ənənələri və bayramlarının tanıdılması məqsədilə təşkil olunan tədbirdə tələbələrə Novruz şirniyyatları təqdim edilib.
Universitetin Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin təşəbbüsü ilə baş tutan tədbir müxtəlif əyləncəli oyunların gerçəkləşdirilməsi ilə yekunlaşıb.