Dövlət İmtahan Mərkəzi  (DİM) “Abituriyent” jurnalının 2-ci nömrəsini nəşr edib.

 

DİM-dən bildirilib ki, bu nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri dərc edilib. 

 

Bu nömrədə həmçinin:

- Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;

- Abituriyentlər üçün elmi-metodiki məqalə;

- Tarix fənnindən “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri; 

- 2023-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları və digər zəruri materiallar təqdim olunub. 

 

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

 

Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.