Türkiyənin Çanaqqala 18 Mart Universitetinin rektoru professor Ramazan Cüneyt Erenoğlu və coğrafiya müəllimi professor Vedat Çalışkan Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Nərgiz Səfərova iştirak ediblər.
Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, universitetlər arasında əlaqələri inkişaf etdirmək, tərcrübə mübadiləsi aparmaq, beynəlxalq proqramlarda və layihələrdə qarşılıqlı əməkdaşlıq etmək arzusunu ifadə ediblər. Bundan əlavə, ikili diplom proqramı sahəsində mümkün əməkdaşlıq imkanları araşdırılıb və belə əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb.
Görüşün sonunda universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.