Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb.
"Azərbaycan müəllimi" qəzetinin məlumatına görə, o, bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb.
Qeyd edək ki, Röya Talıbova 2007-ci ildə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlər və avropaşünaslıq” ixtisası üzrə bakalavr təhsilini bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə Harvard Universitetində “Dövlət idarəetməsi” ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.
R.Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb.