BSU-da beynəlxalq elmi konfransın təşkilat komitəsinin növbəti iclası keçirilib


Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər  Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransın təşkilat komitəsinin növbəti iclası keçirilib.

 

BSU-nun rektoru Anar Nağıyev  hər il  keçirilən Ulu Öndər  Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq elmi konfransla bağlı ənənənin qorunub saxlanılmasının vacibliyinə toxunub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdıran rektor konfransın bölmələrindən birinin ənənəvi bölmə kontekstindən kənara çıxmamaq şərti ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə uyğunlaşdırılacağını vurğulayıb.

 

Müzakirə formatında baş tutan iclasda konfransın bölmələrinin müəyyənləşdirilməsi, regional bölməsinin  təşkili məsələləri, yerli və xarici təşkilatların konfransa dəvət edilməsi müzakirə olunub. Xarici ölkələrin nümayəndələrinin konfransın plenar iclasında iştirakı ilə bağlı təkliflər dinlənilib.