Məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb edilmələri məqsədilə ölkədə ilk dəfə olaraq həyata keçirilən “Məktəbli könüllü” proqramının 15 mart tarixində açılış mərasimi keçiriləcək.
132-134 nömrəli təhsil kompleksində təşkil olunacaq proqramın açılış mərasimində iştirak etmək istəyən şagirdlər aşağıdakı keçid vasitəsilə 13 mart saat 18:00-dək qeydiyyatdan keçə bilərlər.
Link: https://forms.gle/pABTT2ieB3waGFJ78
Qeyd edək ki, 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edən proqram “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər 1000-dən çox müraciət daxil olub. Müsahibə mərhələsinə 720 nəfər dəvət edilib və onlardan 350-si proqrama üzvlük haqqı qazanıb.