8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində neqativ hallara yol verilməsinin qarşısının alınması məqsədilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təlimat məktubu hazırlanıb və BŞTİ/RTİ-lər qarşısına öhdəliklər qoyulub.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün brifinqdə məlumat verib.
O bildirib ki, hər bir məktəb direktoru, direktor müavinləri, sinif rəhbərləri və valideynlər göndərilmiş təlimatla bir daha tanış edilib, məktəbdə yaranacaq hər bir neqativ hala cavabdeh olduqları onların diqqətinə çatdırılıb:”Valideynlərə də müraciət edir və müəllim nüfuzuna xələl gətirəcək xoşagəlməz halların baş verməməsi üçün bizimlə birgə fəaliyyət göstərmələrini tövsiyə edirik".