Bu ildən etibarən sertifikatlaşdırmadan keçən müəllimlərə sertifikatlar elektron formada veriləcək.

 

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, bu qərar daha çevik xidmət göstərməyə imkan verəcək və  müəllimləri də məmnun edəcək.