Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar.

 

Bakı Dövlət Universiteti (BDU) bu il festivalda 18 komanda ilə təmsil olunacaq. Universitetdən bildirilib ki, BDU komandaları tərəfindən festivalın 9 kateqoriyası üzrə 41 layihə təqdim edilib. BDU komandaları həm universitet, həm də məzun/sahibkar səviyyələri üzrə yarışacaq.

 

Təqdim olunan layihələr festivalın “Ağıllı nəqliyyat texnologiyaları”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Sosial yönümlü texnologiyalar”, “Model peyk müsabiqəsi”, “Turizm texnologiyaları”, “Sürücüsüz aqrar yerüstü nəqliyyat aparatı” və “Sənayedə digital texnologiyaların tətbiqi” kateqoriyalarına aiddir.